"Liverpul" 18 yaşlı cinah hücumçusunu heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Məlumata görə, Mersisayd təmsilçisi PSJ-nin cinah hücumçusu İbrahima Mbayeni rənglərinə bağlamağa ən real namizəddir. Mənbə bu oyunçunu "Mançester Siti", "Vest Hem" və "Brayton"un da istədiyini diqqətə çatdırıb.
Cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 28 matça çıxan Mbaye 1 qol və 2 məhsular ötürmə ilə yadda qalıb. Onun Fransa nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc futbolçunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat