"Liverpul" 140 milyonluq ulduzun klubuna yeni təklif göndərdi - MƏBLƏĞ

"Liverpul" 140 milyonluq ulduzun klubuna yeni təklif göndərdi - MƏBLƏĞ

İngiltərənin "Liverpul" klubu ulduz yarımmüdafiəçi transfer etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic"in jurnalisti David Ornşteyn yayıb.

Məlumata görə, mersisaydlılar 22 yaşlı Florian Virtsin transferi üçün "Bayer Leverkuzen"ə yeni təklif göndəriblər. Mənbə "Liverpul"un qarşı tərəfə 130 milyon avro təklif etdiyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 45 matça çıxan Virts 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "əczaçılar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Almaniya millisinin futbolçusunun transfer qiymətini 140 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər