Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən "Neftçi" - "Kəpəz" oyunundan (1:0) sonra baş məşqçilər fikirlərini bildirib:
Nazim Süleymanov (“Neftçi”nin baş məşqçisi): “Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq, rəqibin Divizion təmsilçisi olması da komandada arxayınlıq yaratmışdı. “Kəpəz” 1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdi. Kubok bir oyundan ibarətdi, bu cür oyunlara ciddi yanaşmaq lazımdı”.
Azər Məmmədov (“Kəpəz”in məşqçisi): “Xoş sözlərə görə təşəkkür edirəm. Reallıq odu ki, mənim üçün belə, bugünkü oyunda favorit “Neftçi” idi. Komandalarımız bir-birinə əzəli rəqib olub, sağlam rəqabət aparmışıq. Əvvəlki illərdə komandalarımız arasındakı oyunlar derbi sayılırdı. İndi vəziyyət ö cür olmasa da, komandaya var gücü ilə oynamağı, futbolçulara öz bacarıqlarını göstərməyi tapşırmışdım. Oyuna görə komandaya minnətdaram. Rəqibi qələbə ilə təbrik edirəm. İnanıram ki, kuboku “Neftçi” qazanacaq”.
Fanat.az