İngiltərə Premyer Liqasının (İPL) 12-ci turunda "Nottingem Forest"ə 0:3 hesabı ilə uduzan "Liverpul"un kapitanı Vircil van Deyk ağır məğlubiyyətin ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" niderlandlı müdafiəçinin sözlərini belə çatdırıb:
"Biz çox sayda asan qol buraxırıq. İlk yarım saatda həqiqətən yaxşı oynadıq və çox yaxşı qol epizodları yaratdıq. Ardından onlar yenə standart vəziyyətdən qol vurdular... Qol buraxandan sonra özümüzü itiririk.
Birəbir mübarizələrdə çox tələsirdik. Hiss olunurdu ki, hesabı bərabərləşdirmək üçün təmkinsiz davranırıq. Çox çətin durumdayıq. Bizim üçün ağır gün oldu. Bu vəziyyətdən çıxmalıyıq. Vəziyyətimiz barədə paltardəyişmə otağında danışmaq istəyərdim, burada yox. Məsuliyyəti üzərimizə götürməliyik. Futbol komanda oyunudur. Hə, hər şey istədiyimiz kimi alınmır. Komandada bərbad ab-hava var. Güzgüyə baxmalıyıq".
Xatırladaq ki, "Liverpul" İPL-in turnir cədvəlində 11-ci pillədə mövqe tutub.
Nihat