"Karvan-Yevlax"ın yeni baş məşqçisi komandaya təqdim edildi - Köməkçiləri də bilindi

"Karvan-Yevlax"ın yeni baş məşqçisi komandaya təqdim edildi - Köməkçiləri də bilindi

Azər Həşimovla əməkdaşlığa son qoyan "Karvan-Yevlax"ın yeni baş məşqçisinin kim olacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, son olaraq 1-ci Liqa təmsilçisi "Mingəçevir"i çalışdırmış Füzuli Məmmədovdur.

Məmmədovun köməkçilərinin də adları bəllidir. Belə ki, "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Mehman Yunusov, Rafael Əmirbəyov və Rauf Mehdiyevlə işləyəcək.

Onun təyinatı rəsmən açıqlanmasa da, Füzuli bəy artıq Yevlaxdadır və komandaya təqdim edilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər