Millilərin oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində çıxdığı son 5 oyunda qol vura bilməyən "Karvan-Yevlax"ın planları bəlli olub.
Komandanın sözçüsü Bəhruz Musayevin Fanat.Az-a verdiyi məlumata görə, sözügedən komanda yoxlama oyunu keçirmək niyyətində deyil.
O, Yevlax təmsilçisinin çempionat başlayana yalnız məşqlərlə kifayətlənəcəyini bildirib.
Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının turnir cədvəlində 5 xalla 10-cu pillədə mövqe qərarlaşıb.
Nihat