"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

Ötən mövsümün ikinci yarısını icarə əsasında keçirdiyi "Karvan-Yevlax"da uğurlu çıxışla yadda qalan, 27-ci turda "Kəpəz"lə matçda (4:1) het-trik edərək diqqət mərkəzinə düşən yarımmüdafiəçi Rauf Rüstəmlinin aqibətinin necə olacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onu bir neçə klub heyətində görmək istəsə də, "Sabah" 22 yaşlı futbolçunu heyətdə saxlamaq qərarına gəlib.

Belə ki, baş məşqçi Valdas Dambrauskas onun Yevlax komandasındakı performansını bəyənib və rəhbərliyə Raufu əsas komandada görmək istədiyini deyib. Qeyri-adi nəsə baş verməsə, onunla müqavilə yenilənəcək və litvalı mütəxəssis Rüstəmlinin 3 cəbhədə mübarizə aparacaq (UEFA Çempionlar Liqası, Bizon Azərbaycan Kuboku və Misli Premyer Liqasında) "bayquşlar"ın sıralarında özünü göstərməsinə şərait yaradacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər