"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

Ötən mövsümü 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən yarımmüdafiəçi Rəhim Osmanın yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən oyunçu karyerasını 1-ci Liqada davam etdirəcək.

Belə ki, 22 yaşlı futbolçu Premyer Liqada sonuncu yeri tutaraq elitadan düşən "Karvan-Yevlax"la anlaşıb. Tərəflərin yaxın vaxtlarda müqavilə bağlayacağı gözlənilir.

Yevlax komandasına hazırda ötən "futbol ili"ndə "Mingəçevir"i çalışdırmış Ramiz Məmmədov rəhbərlik edir. Klub Məmmədovun  təyinatını rəsmən açıqlamayıb.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər