"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

"İnter"in yarımmüdafiəçisi Teycon Byükenen yaşıl meydanlardan uzun müddət kənarda qalacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

Kanada millisinin üzvü yığmanın düşərgəsində sıradan çıxıb. Onun topuq nahiyəsi sınıb. Futbolçunun sağalması üçün 4-5 ay vaxt lazım olacaq.

Byükenen yanvarda "Brügge"dən "İnter"ə 7 milyon avroya keçib. 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 10 oyun keçirib və 1 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər