"İnter"in Tiflis toplanışı bitdi

"İnter"in Tiflis toplanışı bitdi
"İnter" Gürcüstandakı təlim-məşq toplanışını başa vurub. Fanat.az xəbər verir ki, bank klubu bu gün vətənə dönəcək.
Qeyd edək ki, "İnter" Tiflisdə iki yoxlama oyunu keçirib. "Spartak" (Sxinvali) və "Metallurq"u (Rustavi) sınağa çəkən Kaxaber Tsxadadzenin yetirmələri hər iki oyunda 2:0 hesablı qələbə qazanıb. "İnter"in heyətində rəqib qapılarına Mirsahib Abbasov, Samir Zərgərov (Spartak), Asif Məmmədov və Aleksandr İaşvili (Metallurq) yol tapıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər