"İnter"in məşqçisi Zaur Svanadze "Bakı" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze cəzalı olduğundan komandanı meydana çıxaran gürcü məşqçi bu oyunun onlar üçün dönüş nöqtəsi olacağını deyib:
"Sona kimi gərgin oyun oldu. Nəticənin necə olacağını təxmin etmək mümkün deyildi. İlk hissədə yaxşı oynamadıq, fasilədə isə baş məşqçimiz taktiki dəyişiklik etdi və bundan sonra yaxşı oynadıq. Bu oyun bizim üçün dönüş nöqtəsi olacaq, xalları qazanmağa davam edəcəyik. Heç-heçə bizə çox lazım idi".