"İnter"in lideri karyerasını bitirmək istədiyini etiraf etdi

"İnter"in lideri karyerasını bitirmək istədiyini etiraf etdi

Milan "İnter"inin əsas oyunçularından biri hesab olunan Federiko Dimarko həyatının ən çətin dövründən danışıb.

Fanat.Az xəbər verir ki, Simone İnzaqinin çox güvəndiyi 26 yaşlı müdafiəçi bir vaxtlar karyerasını bitirmək haqda düşündüyünü dilə gətirib. 

Tanınmış italiyalı insayder Nikolo Skira futbolçunun dediklərini belə çatdırıb: 

"Sionda (2017) olanda hər şeydən əl çəkmək istəyirdim. Elə ilk oyunda ayaq pəncəmi qırdım. O il oğlumu da itirdim. Həmin 5 ay fəlakət oldu. Məni B Seriyasından belə istəmirdilər. Amma təslim olmadım, mənə inanmayanları düşündürmək istədim".

Qeyd edək ki, Dimarko Siona köçdükdən bir il sonra "İnter"ə qayıdıb. Daha sonra "Parma" və "Verona"ya iki il icarəyə göndərilib. 

Federiko Dimarko bu mövsüm "İnter" heyətində 8 matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər