"İnter"in hücumçusu Fransa klubunda - RƏSMİ

"İnter"in hücumçusu Fransa klubunda - RƏSMİ

Milan "İnter"inin hücumçusu Martin Satriano karyerasını Fransada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 21 yaşlı oyunçunu Fransanın "Lans" klubu 1 mövsümlük icarəyə götürüb. 

Məlumatı Liqa 1 təmsilçisinin rəsmi saytı yayıb.

"Lans" sonradan ödəniş edərək uruqvaylı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Satriano ötən mövsümü icarə əsasında Fransanın "Brest" klubunda keçirib. O, meydana çıxdığı 36 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər