"İnter"dəki braziliyalının kimliyi məlum oldu

"İnter"dəki braziliyalının kimliyi məlum oldu

Türkiyə toplanışından «İnter»in düşərgəsində olan futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu braziliyalı Flavio Bekdi. Komandanın Avstriya toplanışına da yollanan futbolçu ilə bağlı yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, tam adı Flavio Bek Junior olan 26 yaşlı futbolçu yarımmüdafiə və hücum xəttində çıxış edir. O, karyerası ərzində «Solin» (Xorvatiya, 2006-2007, 19 oyun, 12 qol), «Energie» (Almaniya, 2007, 9 oyun, 2 qol), «Flamurtari» (Albaniya, 2007, 20 oyun, 5 qol), «Şiroki Bryeq» (Bosniya və Hersoqovina, 2007-2008, 12 oyun, 2 qol), «Flamurtari» (Albaniya, 2009, 15 oyun, 3 qol), «Maribor» (Sloveniya, 2010, 11 oyun) və «Barq Şiraz» (İran, 2010-2011, 9 oyun, 4 qol) klublarında çıxış edib. 2011-ci ildə Çernoqoriyanın «Buduçnost» (Podqoritsa) klubuna keçən Flavio indiyədək 35 oyunda 4 qol vurub.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər