Premyer Liqanın 7-ci turunda keçirilən “İnter”-“Bakı” matçı "bankirlər" üçün bir sıra statistik göstəricilərlə də yadda qalıb. Fanat.az xəbər verir ki, oyunda fərqlənən Aleksandr İaşvili və Matiya Şpiçiç “İnter”in heyətində Azərbaycan Çempionatının qarşılaşamalarında qol vurmaq müəssər olmuş 77-ci və 78-ci futbolçular olub.
Əgər təcrübəli İaşvili sayca 8-ci gürcüdürsə, Şpiçiç ölkə çempionatında “İnter”in heyətində qol vura bilmiş ilk xorvat olub. Xatırladaq ki, çempionatın matçlarında “İnter”də hazırda çıxış edən ən yaxşı bombardir Baçana Tsxadadzedi. Onun hesabında 18 qol var. Qeyd etmək lazımdı ki, klubuun tarixində yerli futbolçular istisna olmaqla komandanın heyətində Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Çex Respublikasından, Boliviyadan, Latviyadan, Moldovadan, Braziliyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan və Xorvatıstandan olan futbolçular fərqlənə biliblər.