"İnter" zədəli futbolçusu Laşa Salukvadzedən şad xəbər alıb. Fanat.az xəbər verir ki, gürcü müdafiəçi sağalıb.
31 yaşlı futbolçu artıq məşqlərə başlayıb. Laşanın VII turun "Bakı" ilə oyununda meydana çıxması gözlənilir.
Qeyd edək ki, Salukvadze "İnter"ə yayda Rusiyanın "SKA-Energiya" klubundan keçib. O, "Tromse"yə qarşı 90, "Qarabağ"a qarşı isə 51 dəqiqə oynayıb və qalan oyunları zədə üzündən buraxıb.