"İnter" sertifikatına qovuşdu

"İnter" sertifikatına qovuşdu
Məlum olduğu kimi, FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim etməli idi. Fanat.az xəbər verir ki, artıq həmin sertifikat paytaxt klubuna təqdim olunub. Beynəlxalq standartlara cavab verən arena iki ulduzla qiymətləndirilib.
 
Qeyd edək ki, FİFA prezidenti Yozef Blatterin imzası ilə olan sertifikat bu gün "İnter" klubuna təqdim olunub. Bu sertifikat stadionun bir il müddətində beynəlxalq matçları keçirməsinə imkan verir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər