İtaliyanın "İnter" klubunun satışı rəsmiləşib. Fanat.az xəbər verir ki, indoneziyalı iş adamı Erik Tohir Milan klubunun səhmlərinin 70 faizini satın alıb.
Bu barədə "İnter"in prezidenti Massimo Moratti rəsmi internet saytı vasitəsi ilə açıqlama verib. "Hər şey imzalandı" deyən klub rəhbəri satışdan razı qaldığını bildirib: "Proseslər məni razı saldı. Klub etibarlı əllərdədi".
Moratti klubun başında qalıb-qalmayacağı ilə bağlı konkret bir söz deməyib: "Hələ bilmirəm. Fikrimcə, bu məndən asılı olan məsələdi".
İtaliya mətbuatının məlumatına görə ABŞ-ın Major Liqasında çıxış edən "DC Yunayted" və NBA-da mübarizə aparan "Filadelfiya 76ers"in də səhmlərinin bir hissəsinə sahib olan Tohir "İnter"in səhmələri üçün 350 milyon avro ödəyib.