"İnter" rəsmisi: "Kaxanın istefasından söhbət gedə bilməz"

"İnter" rəsmisi: "Kaxanın istefasından söhbət gedə bilməz"

Artıq ikinci məğlubiyyətini alan "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra jurnalistlər önünə çıxmaqdan imtina edir. Məsələ ilə bağlı klubun mətbuat katibi Səbuhi Məmmədov Fanat.az-a bunları bildirib:

"Biz konfransa gəlib gəlməməklə bağlı AFFA rəsmisindən dəqiq məlumat öyrəndik. O, bizə bunun baş məşqçinin özündən asılı olduğunu bildirdi. Biz də Kaxanın əvəzinə köməkçi məşqçini göndərdik".

Daha sonra klub rəsmisi gürcü mütəxəssisin istefasından danışıb: "Bildiyimiz kimi Tsxadadze ilə yeni müqavilə imzalanıb. Buna görə heç bir istefadan söhbət gedə bilməz".

Fanat.az  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər