"İnter" rəqib qapısından 8 cavabsız top keçirdi

"İnter" rəqib qapısından 8 cavabsız top keçirdi

Məlum olduğu kimi, "İnter" Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Toplanış çərçivəsində klub ilk yoxlama görüşünə çıxıb. Avstriyanın "SV İnnsbruk" komandası ilə üz-üzə gələn "İnter" rəqibin qapısından 8 cavabsız top keçirib. "İnter"in heyətində Mirsahib Abbasov "het-trik" edib, Asif Məmmədov, Vaqif Cavadov, Coşqun Diniyev, Abdulla Abatsiyev və Arif Daşdəmirov isə hərəyə 1 qola imza atıblar.

Qeyd edək ki, ayın 22-də "İnter" növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.

 İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər