Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “İnter” doğma meydanda “Tromse” ilə qarşılaşacaq. "İnter" Norveçdə qapısından buraxdıqları 2 cavabsız topun əvəzini çıxacaq. Əks təqdirdə, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri turnirlə vidalaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
21:00. “İnter” (AZƏRBAYCAN) – “Tromse” (Norveç)
Baş hakim: Eli Haçmon (İsrail)
Bakı. “Bayıl Arena”
İdman24.az