"İnter" "Tromse"dən məğlub qayıdır

"İnter" "Tromse"dən məğlub qayıdır

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” də növbəti oyununa çıxıb.

Komandamızın bu dəfəki rəqibi Norveçin “Tromse” klubudu. “Bankirlər” rəqib meydanında keçirilən ilk oyunda mütləq sərfəli nəticə qazanmalıydı. Kaxaber Sxadadzenin yetirmələri yalnız bu halda doğma divarlar arasında cütün taleyini həll etmək şansı qazana bilərdi. Lakin təəssüf ki, "bankirlər" ilk oyunda iki cavabsız qolla məğlub olublar və cavab matçında mərhələ keçmək çox çətin görünür.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Bakıda keçiriləcək.

Avropa Liqası

İkinci təsnifat mərhələsi (ilk oyun)

18 iyul

 Tromse – İnter - 2:0 (1:0)

Qollar: Z.Ondraşek, 43 (1:0), M.Andersen, 62 (2:0)

Tromse. “Alfheym” stadionu.

Baş hakim: Yuri Mojarovski (Ukrayna).

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər