Ötən yay Məhəmməd Mirzəbəyov və Mirzağa Hüseynpuru "Sumqayıt"dan alan "İnter" indi də bu klubun başqa bir futbolçusu Məhəmməd Qurbanova göz tikib. Fanat.az rekord.az-a istinadən xəbər verir ki, "bankirlər" yayda gənc forvardı transfer etmək istəyir.
Lakin hər şey "İnter"in gələcək taleyindən aslıdı. Əgər Cahangir Hacıyev klubu saxlamağa qərar versə, o zaman "Sumqayıt"la danışıqlara start veriləcək.
Qeyd edək ki, Məhəməd hazırda 8 qolla "Sumqayıt"ın bombardiridi.
Fanat.az