Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, "İnter" yarımfinala vəsiqə uğrunda "Neftçi"ni qəbul edəcək.
Paytaxt təmsilçilərinin kubokdakı yolları 5-ci dəfə kəsişib. Əvvəlki 4 dueldən 3-də “İnter” və yalnız sonuncusunda “Neftçi” mərhələ adlayıb. 4 duel çərçivəsində keçirilən 8 görüşdən yarısında heç-heçə qeydə alınıb - 4. "İnter" bir halda "Neftçi"ni penalti seriyasında üstələyib.
Qeyd edək ki, komandalar cari mövsümdə Premyer Liqada artıq 3 dəfə qarşılaşıb. Hər iki tərəf bir dəfə 3:1 hesablı qələbə qazanıb. Son matç isə 2:2 hesabı ilə yekunlaşıb.
| 2004/05 | 1/4 final | Neftçi (Bakı) - İnter (Bakı) | 0:0, 0:0, pen. 3:4 |
| 2007/08 | 1/2 final | Neftçi (Bakı) - İnter (Bakı) | 2:2, 0:1 |
| 2009/10 | 1/4 final | Neftçi (Bakı) - İnter (Bakı) | 0:3, 1:2 |
| 2011/12 | 1/2 final | İnter (Bakı) - Neftçi (Bakı) | 0:0, 0:1 |
Fanat.az