"İnter" prezidenti: "Handanoviçi satmırıq"

"İnter" prezidenti: "Handanoviçi satmırıq"

"İnter" prezidenti Massimo Moratti sloveniyalı qapıçı Samir Handanoviçi satmağı kəsinliklə düşünmədiklərini və onun gələn mövsüm də klubda qalacağını açıqladı.

İdman24.az xəbər verir ki, Handanoviçin adı "Barselona" ilə hallanır. 

Bununla bağlı Moratti "Handanoviç klubda qalacaq. Qapıçımızı dəyişmək qərarımız yoxdur. Qəzetləri oxuyuram, yazılan çox şey doğru deyil", deyərək iddiaları inkar edib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər