Premyer Liqanın VIII turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "İnter" Lənkərana yollanıb. Fanat.az xəbər verir ki, bank klubu cənub şəhərindəki "Qafqaz Sahil" otelində məskunlaşıb.
"İnter" bu gün Lənkəran şəhər stadionunda oyundan öncə son məşqinə çıxacaq. "Xəzər Lənkəran" - "İnter" matçı isə sabah saat 19.00-da başlayacaq.