"İnter" Ermənistana qol vuran futbolçunu Bakıya gətirdi

"İnter" Ermənistana qol vuran futbolçunu Bakıya gətirdi
Mövsümə uğursuz başlayan "İnter" heyətinə daha bir futbolçu qatır. Fanat.az xəbər verir ki, bank klubu hücum xəttini gücləndirir.
"İnter"in növbəti transferi İlço Naumoski olacaq. Makedoniyalı futbolçu artıq ölkəmizə gəlib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Naumoskinin son iş yeri Avstriyanın "Mattersburq" klubu olub. 2005-ci ildən bu komandada çıxış edən 30 yaşlı forvard 197 oyunda 46 qol vurub. O, əvvəllər Avstriyanın "Qrazer AK", Türkiyənin "Malatyaspor" və İtaliyanın "Kataniya" klublarında çıxış edib. İlçonun İtaliya karyerası uğursuz alınıb. Belə ki, o, "Kataniya"nın əsas heyətində debüt edə bilməyib.
Naumoski Makedoniya milli komandasının üzvüdü. 2003-cü ildən komandaya çağırılan futbolçu 45 oyunda 9 qola imza atıb.  O, yığmanın heyətində Andorra (3), Albaniya, Xorvatiya, Lüksemburq, Şotlandiya, Çernoqoriya və Ermənistana qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər