"İnter" də Avroliqa ilə vidalaşdı

"İnter" də Avroliqa ilə vidalaşdı
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “İnter” doğma publika önündə “Tromse”dən revanş almağa çalışacaq. 
Belə ki, “bankirlər” Norveçdə qapısından buraxdıqları 2 cavabsız topun əvəzini çıxacaq. Əks təqdirdə, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri turnirlə vidalaşacaq. 
“Bayıl Arena”da reallaşacaq oyun saat 21:00-da start verəcək. Qarşılaşmanı isə israilli referi Eli Haçmon idarə edəcək. 
Qeyd edək ki, “İnter” I təsnifat mərhələsində Finlandiya “Mariehamn”ını turnirdən uzaqlaşdırdı - 1:1, 0:2.
Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul 
“İnter” (AZƏRBAYCAN) – “Tromse” (Norveç) - 1:0
QOL: Baçana Sxadadze, 76
Baş hakim: Eli Haçmon (İsrail)
Bakı. “Bayıl Arena”
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 5. Slavço Georgiyevski,11. Asif Məmmədov, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 70. Vaqif Cavadov (k), 21. Flavio Bek, 21. Arif Daşdəmirov.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 10. Daniel Genov, 4. İvan Benites, 6. Samir Zərgərov, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze
TROMSE: 1. Markus Salman, 3. Yaroslav Foyut, 6. Adnan Kauseviç, 7. Miika Koppinen (k), 8. Tomas Bendiksen, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek, 22. Saliou Çiss
Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 14. Hans Norbye, 10. Tomas Draq, 16. Lars Yonsen, 5. Morten Moldskred, 20. Matias Yonsen, 28. Aleksandr Priyoviç.
Baş məşqçi: Aqnar Kristensen
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər