"İnter" bunu 846 dəqiqə gözlədi

"İnter" bunu 846 dəqiqə gözlədi
"İnter"in hücumçusu Aleksandr İaşvili ölkəmizdə qol hesabını açıb. Fanat.az xəbər verir ki, yayda "Bohum"dan böyük ümidlərlə transfer olunan gürcü forvard 11-ci oyununda rəqib qapılarına yol tapıb.
Bundan əvvəl 4 Avropa Liqası və 6 Premyer Liqa matçına çıxan İaşvili fərqlənə bilməmişdi. Bu gün "Bakı" ilə oyunun 27-ci dəqiqəsində qol vuran gürcü "İnter" formasında ilk qoluna 846 dəqiqədən sonra imza atıb.
Qeyd edək ki, uzun illər Almaniya klublarının formasını geymiş İaşvili Gürcüstan yığmasında keçirdiyi 67 oyunda 15 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər