"İnter" alman klubu ilə oynayası olmadı

"İnter" alman klubu ilə oynayası olmadı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter”in Avstriyadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün sözügedən ölkədə növbəti sınaq matçına çıxmalıydı. 

Komandamızın rəqibi isə Almaniyanın “Unterhaching” olmalıydı. Lakin Almaniyanın üçüncü Bundesliqa təmsilçisi ilə görüş baş tutmayacaq.

Əldə etdiyimiz məlumata görə, buna Azərbaycan klubunun görüşdən imtinası səbəb olub. Böyük ehtimalla ötən gün yerli “SV İnsbruk”la keçirilən yoxlama matçından (8:0) sonra futbolçuların yorğun olması məşqçilər korpusunun fikrini dəyişməsinə gətirib çıxarıb.

Qeyd edək ki, “İnter” növbəti sınaq matçını iyunun 22-də keçirəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər