"İnterpol" oyun alverçilərini tutdu

"İnterpol" oyun alverçilərini tutdu

Beynəlxalq polis təşkilatı "İntorporl" Sinqapur polisi ilə birlikdə əməliyyat keçirərək oyun alverində də iştirak edən beynəlxalq cinayətkar dəstəni həbs edib. Fanat.az xəbər verir ki, saxlanılan 14 nəfərdən ikisi qadındı.

"İnterpol"un internet saytının yaydığı xəbərdə bildirilir ki, aralarında qrupun lideri də olmaqla 5 nəfər barəsində məhkəmə həbs qəti-imkan tədbiri seçib. Qalan 9 nəfər isə zaminə buraxılıb.

"İnterpol" və Sinqapur rəsmiləri qruplaşmanın liderinin kimliyini açıqlamasa da, mətbuata sızan məlumatlara görə, bu, İtaliya polisinin də axtarışa verdiyi "Dan Tan" ləqəbi ilə tanınan Tan Seet Enq adlı sinqapurlu iş adamıdı.

Qeyd edək ki, Avropa Birliyi Polis Təşkilatı (Europol) da bu ilin 4 fevralında oyun alqı-satqısı ilə bağlı məlumat yaymışdı. Məlumatda deyilirdi ki, uzun müddətli araşdırmalardan sonra dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, o cümlədən Avropa, Asiya, Afrika və Amerikada keçirilən digər oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı faktlar aşkarlanıb. Şübhə altına düşən matçların sayının 300-dən artıq olduğu bildirilirdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər