"İnter Mayami" Kazemironu transfer etmək istəyir

"İnter Mayami" Kazemironu transfer etmək istəyir

ABŞ-ın "İnter Mayami" klubu növbəti dünya ulduzunu heyətinə qatmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, Florida təmsilçisi "Mançester Yunayted"dən mövsüm sonunda ayrılacağı gözlənilən Kazemiro ilə maraqlanır.

Məşhur insayder Fabritsio Romanonun verdiyi məlumata görə, "İnter Mayami" rəhbərliyi artıq təcrübəli braziliyalı yarımmüdafiəçinin meneceri ilə ilk təmasları qurub və rəsmi təklifini irəli sürüb.

Kazemironu heyətində görmək istəyən komandalar arasında Avropa klubları və Səudiyyə Ərəbistanı təmsilçiləri də yer alır.

Buna baxmayaraq, Devid Bekhemin sahiblik etdiyi klubun təklifinin cəlbediciliyi transferin reallaşma ehtimalını artırır. Kazemironun karyerasını okeanın o tayında davam etdirib-etdirməyəcəyi yaxın həftələrdə dəqiqləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər