"InStat Football" şirkətinin nümayəndəsi Bakıda

"InStat Football" şirkətinin nümayəndəsi Bakıda

Klublar Komitəsinin bu gün baş tutan iclasında Rusiyadan qonaq iştirak edib. Fanat.az хəbər verir ki, "InStat Football" şirkətinin direktoru müavini İvan Krupenin toplantıya qatılıb.

Bu şirkət oyunlar zamanı futbolçuların 90 dəqiqə ərzindəki göstəricilərini hesablayır. Azərbaycan klubları da "InStat Football"la əməkdaşlıq edir.

Klublar Komitəsinin sədri Tuyqun Nadirov iclasdan sonra "InStat Football" şirkətininin toplantıya dəvət olunmasından danışıb: "InStat Football" şirkətinin rəsmisi ilə görüşdük. Bundan əvvəl hər klub bu şirkətlə fərdi qaydada çalışırdı. Bundan sonra isə bütün klublar birgə çalışacaqlar. Amma müəyyən güzəştlərlə. Onlarla iki illik əməkdaşlıq etmək barədə razılıq əldə etdik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər