"Hələ "Astra"nı yox, cavab matçını düşünməliyik"- Ayxan Abbasov

"Hələ "Astra"nı yox, cavab matçını düşünməliyik"- Ayxan Abbasov

“Oyuna yüz faiz hazır deyildik. Bilirdik ki, çətin olacaq”. Fanat.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

AvroIiqanın 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Differdanj”ı qəbul edən “Zirə” 2:0 hesablı qələbəyə sevinib.

 

Təmsilçimizin çalışdırıcısı oyundan sonra düzənlənən mətbuat konfransında qələbəyə belə şərh verib: “Bugünkü matça 60 faiz hazır idik. Şükürlər olsun, birinci hissədə qol vurduq. Səbrli oynadıq. Cavab görüşü daha çətin olacaq. Rəqib öz meydanında bundan yaxşı oynayacaq. Bütün futbolçularıma təşəkkür edirəm, əzmkarlıq göstərdilər. İnanıram ki, komandam getdikcə daha yaxşı təsir bağışlayacaq. İlk dəqiqələrdə müdafiəçilərimiz bir qədər həyəcanlı idilər. Futbolçuların üzərində müəyyən təzyiq var idi. Mütləq qələbə qazanmalı idik. Bəlkə də buna görə idi. Fasilədən sonra rəqibdən üstün oynadıq. Vurduğumuz qoldan başqa da təhlükəli epizodlarımız oldu. Tələsməyə ehtiyac yoxdu. 2:0 hesablı qələbə heç nə demək deyil. Lüksemburqda bizə çətin olacaq. Hələ Rumıniya "Astra"sıyla oyunları yox, cavab matçını düşünməliyik" .

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər