"Fənərbaxça" və "Neftçi" arasında keçiriləcək yoxlama matçında əvəzetmə limiti olmayacaq. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tərəflər bununla bağlı əvvəlcədən razılığa gəlib.
Qeyd edək ki, "Fənərbaxça" - "Neftçi" matçı Mardan İdman Kompleksində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Fanat.az