"Neftçi"nin "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcəyi barədə xəbər vermişdik. Qarşılaşma yanvarın 17-da Mardan İdman Kompleksində keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Fanat.az-a açıqlamasında qarşılaşmanın canlı yayımlanacağını bildirmişdi. Fanat.az xəbər verir ki, artıq matçı efirə verəcək kanal müəyyənləşib. Oyunu "Kanal D" azarkeşlərə təqdim edəcək.
Fanat.az