“Fənərbağça” FIFA tərəfindən tətbiq edilən üç transfer dövrü müddətində transfer qadağası ilə bağlı açıqlama yayıb. Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. Türkiyə klubu bildirib ki, qadağa müvəqqətidir və 2024/25 mövsümündə komandaya qoşulan Yusuf En-Nesirinin transfer ödənişi ilə əlaqədardır. Futbolçunun transfer məbləğinin 30 aprel 2026-cı il tarixli ödənişinin vaxtında həyata keçirilməməsi səbəbindən qarşı tərəf FIFA-ya müraciət edib. “Fənərbağça” rəhbərliyi vəzifəyə gəldikdən sonra gecikmiş ödənişi həyata keçirib. Lakin qarşı tərəfin FIFA-ya təqdim etdiyi iş üzrə növbəti ödənişin də edilməsi tələb olunub. Klub bu ödənişi FIFA-nın qərarını gözlədikdən sonra həyata keçirəcəyini bildirib. “Fənərbağça” FIFA-nın qərarı ilə müəyyən edilən ödənişi bazar ertəsi həyata keçirəcəyini və FIFA-da müvafiq prosedurlar tamamlandıqdan sonra transfer qadağasının aradan qaldırılacağını açıqlayıb. Klub həmçinin ötən dövrə aid bütün maliyyə hesabatlarının və öhdəliklərin sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Qurultayda üzvlərə və ictimaiyyətə açıqlanacağını bildirib. Əlisahib İbrahimli
"Fənərbağça"nın transfer qadağasının səbəbi üzə çıxdı
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:33
12.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
23:56
12.10.2026
"Qarabağ"da ayrılıq - RƏSMİ
Azərbaycan futbolu
18:07
12.10.2026
"Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq" - "Gəncəbasar"ın vingeri
Azərbaycan futbolu
17:35
12.10.2026
"Ümid edirəm ki, "Sabah" ÇL-dəki ilk ev oyununda ilk uğurlu nəticəsinə imza atacaq" - Samir Əliyev
Azərbaycan futbolu
17:17
12.10.2026
“Kəpəz” - “Zirə” matçının biletləri satışa çıxarıldı