"Fənərbağça"dan qovulan Tedesko İtaliya komandasının "sükanı arxası"na keçdi - RƏSMİ

"Fənərbağça"dan qovulan Tedesko İtaliya komandasının "sükanı arxası"na keçdi - RƏSMİ

Belçika millisinin və "Fənərbağça"nın sabiq baş məşqçisi Domeniko Tedeskonun yeni iş yeri açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Bolonya"nın "sükanı arxası"na keçib.

Məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.

Daha öncə tanınmış insayder Fabritsio Romano tərəflərin 2 illik müqavilə bağlamağa hazırlaşdıqlarını bildirmişdi.

40 yaşlı Tedeskonun əvvəlki iş yeri ötən aprelin 27-də qovulduğu "Fənərbağça" olub.

"Bolonya" geridə qalan mövsümü İtaliya A Seriyasının turnir cədvəlinin 8-ci pilləsində başa vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər