"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Fənərbağça" gərgin oyun təqvimi səbəbindən yerli çempionatda təxirəsalma istəməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər" Çempionlar Liqasının pley-offundakı iki kritik "Lion" qarşılaşmasının arasında keçirilməli olan "Konyaspor" matçının təxirə salınması üçün Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət edəcək.

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi avrokuboklarda uğurlu çıxış etmək və futbolçuların bərpasını təmin etmək üçün bu addımı vacib hesab edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər