"Fasilədən maksimum istifadə etmək istəyirik" - Füzuli Məmmədov

"Fasilədən maksimum istifadə etmək istəyirik" - Füzuli Məmmədov

Birinci Liqada 3-cü tur başa çatıb.

"Şahdağ Qusar" 3 matçdan 3 qələbə ilə ayrılıb. Komandalar milli fasiləyə yollanıb. Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb fasilə dönəmindəki planları ilə maraqlandıq.

Onun Fanat.Az-a açıqlaması belə olub:

"Fasilədən maksimum istifadə etmək istəyirik. Buna uyğun olaraq, plan tərtib etmişdik. Planda nəzərdə tutulduğu kimi, futbolçularımıza "Şimal" ilə oyundan istirahət verdik. Dünəndən isə məşqlərə başladıq. Planda iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda məqsəd rəsmi qarşılaşmalarda az şans qazanmış futbolçulara daha çox oynamaq fürsəti yaratmaqdır. Bununla yanaşı, bəzi futbolçuların fiziki formasını yaxşılaşdırmaq, onların fərdi keyfiyyətlərini daha da inkişaf etdirmək və komandanın oyun göstəricilərindəki bəzi çatışmazlıqları aradan qaldırmaq üçün xüsusi hazırlıq prosesimiz var. Üçüncü həftədən rəsmi görüşlərə keçəcəyik. Həmin mərhələdə də digər matçlara necə hazırlaşırıqsa, eyni qaydada hazırlığımızı davam etdirəcəyik".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər