"Çelsi"nin cinah hücumçusu Portuqaliya klubunda - RƏSMİ

"Çelsi"nin cinah hücumçusu Portuqaliya klubunda - RƏSMİ

"Çelsi"nin cinah hücumçusu Cessi Derri karyerasını Portuqaliyada davam etdirəcək.

Fanat.Az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 2026/2027 mövsümünün sonuna qədər "Sportinq"ə icarəyə göndərilib.

Müqavilədə satınalma bəndi yoxdur və sözügedən futbolçu mövsümün sonunda İngiltərə nəhənginə qayıdacaq.

Derri bu yay "Çelsi" ilə müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Ötən mövsüm "zadəganlar"ın əsas komandasının heyətində 6 oyuna çıxan vinger bu görüşlərdə qol vura bilməyib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər