"Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq" - Elvin Cəfərquliyev

"Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq" - Elvin Cəfərquliyev

Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev sabah Millətlər Liqasının seçmə mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq Slovakiya ilə matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Matça çox ciddi hazırlaşmışıq. Əlimizdən gələni edirik ki, qələbə qazanaq. Ümid edirəm ki, sabah azarkeşləri sevindirəcəyik".

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər