"Dua edəcəyik ki, Mikels üçün hər şey yaxşı qurtarsın" - Valdas Dambrauskas

"Dua edəcəyik ki, Mikels üçün hər şey yaxşı qurtarsın" - Valdas Dambrauskas

Misli Premyer Liqasının 7-ci turunda Şamaxıda "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas qələbəni dəyərləndirib.

Fanat.Az-ın məlumatına görə, litvalı mütəxəssis belə danışıb:

"Bu gün birinci saniyədən sonadək dominantlıq etdik. İlk yarıda iki qol vurduq, amma rəqib qapısına daha bir neçə dəfə yol tapa bilərdik. Mən də istəyərəm ki, daha çox qol vuraq. İstənilən halda, 3 xal qazandıq. Əvvəlki turlarda itirdiyimiz xalların yerini doldurmalıyıq.

Təəssüf ki, son dəqiqələrdə Coy Lens Mikels zədələndi. Bəzən belə xəsarətlərin ciddi fəsadları olur. Dua edəcəyik ki, hər şey Mikels üçün yaxşı qurtarsın. 

Onu niyə əvəzləmədim? Coy Lens hazırda komandadakı yeganə mərkəzdə oynayan hücumçudur. İstəyirdim ki, yenə qol vursun. Zədəlilərimiz çoxdur. "Zirə" ilə matçda əlimizdə olan futbolçulardan istifadə edəcəyik. Şikayətlənmək niyyətində deyiləm. Futbolda zədələr qaçılmazdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər