"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə mövqe tutan "Tottenhem"in elitadakı yerini qoruyacağına şübhə ilə yanaşdığını açıqlayıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, o, belə danışıb:
"Gözlərimə inana bilmirəm. Deyəsən, "Tottenhem" Premyer Liqadan düşəcək. Elitada qalmaq uğrunda mübarizə aparan digər komandaların hansısa kozırları var.
Təqvimə baxırsan, düşünürsən ki, qarşıdakı oyun London klubu üçün rahat alınacaq, amma "Tottenhem" dəhşətli vəziyyətdədir. İndi onlar bütün komandalar üçün münasib rəqibdir. "Vulverhempton" sonuncu sıradadır. Elə bilirsiniz ki, "Tottenhem" bu rəqibi səfərdə məğlub edəcək? Heç bir halda".
Toğrul