"Böyük məmnuniyyətlə "Tottenhem"ə qayıdardım" - Rednapp nəyi dəyişmək lazım olduğunu dedi

"Böyük məmnuniyyətlə "Tottenhem"ə qayıdardım" - Rednapp nəyi dəyişmək lazım olduğunu dedi

Bu gün baş məşqçisi Tomas Frankla əməkdaşlığa son qoyan "Tottenhem"in sabiq çalışdırıcısı Harri Rednap London təmsilçisinə rəhbərlik etməyə hazır olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" 78 yaşlı mütəxəssisin sözlərini belə çatdırıb:

"Böyük məmnuniyyətlə "Tottenhem"ə qayıdardım. Şübhəsiz. Amma realistəm, illüziyalar aləmində yaşamıram. Bu işin mənə həvalə edilmək ehtimalı çox azdır. Onlarda mənim nömrəm var. Kimsə mənə zəng vurmaq istəsə, harada olduğumu bilirlər. Bu işin öhdəsindən gələ bilərəmmi? Əlbəttə!

İndi "Tottenhem"ə komandanı böyük zəhmət yoluna qaytaracaq məşqçi lazımdır ki, futbolçular topu itirəndən sonra onu geri almaq üçün qaçmağa ərinməsinlər. Komanda uduzursa, kollektiv futbol ruhunu ortaya qoyaraq pressinq etmək lazımdır. Bunu "Tottenhem"in oyunçularına aşılaya bilən olsa, komanda uğur qazana bilər. Təbii ki, asan iş deyil, lakin mümkündür".

Rednapp 2008-2012-ci illər aralığında "Tottenhem"ə rəhbərlik edib. O, 2009/2010 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər