"Bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm"

"Bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm"

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal əldə etməsinə münasibətini bildirib.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

“Medal uğrunda görüş ağır keçdi. Əvvəlki ağır görüşlərdən sonra bədənim tam bərpa olmamışdı. Çempionluğu qazanmasam da, üçüncü yeri tutdum. Uzun fasilədən sonra nəticə vermək arzusunda idim. Üçüncü yeri tutsam da bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər