"Bu gün meydanda mütəşəkkil komanda gördük" - Portuqaliya yığmasının baş məşqçisi

"Bu gün meydanda mütəşəkkil komanda gördük" - Portuqaliya yığmasının baş məşqçisi

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistan millisini 5:0 hesabı ilə darmadağın edən Portuqaliya seçməsinin çalışdırıcısı Roberto Martines fikirlərini bölüşüb.   Fanat.Az-ın FIFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, o, mətbuat konfransında belə danışıb:

"Bu qələbə paltardəyişmə otağında apardığımız söhbətlərin nəticəsi idi. Bəzən turnirin ilk oyununda hər şey planlaşdırdığı kimi alınmır. Amma vəziyyətdən düzgün nəticə çıxara bilirsənsə, sonradan daha güclü qayıdırsan. Bu gün meydanda mütəşəkkil komanda gördük. Nəticədən çox məmnunam".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər