"Bu, bizim nə qədər keyfiyyətli oyunçu tapacağımızdan asılı olacaq"- Kurban Berdiyev

"Bu, bizim nə qədər keyfiyyətli oyunçu tapacağımızdan asılı olacaq"- Kurban Berdiyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri matçdan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyət barədə bunları söyləyib:

""Oyuna pis başladıq. İkinci hissədə qollar vurduq, hesabı bərabərləşdirdik. Təəssüf ki, qələbə topunu vura bilmədik, üstəlik qapımızda qol görüb uduzduq. Rəqibin aqressiv oyununu da qeyd etməliyəm.  Hakimlər haqda isə danışmayacağam. Transferlərə gəlincə, axtarışlarımız davam edir. Neçə transfer edəcəyik? Bu, bizim nə qədər keyfiyyətli oyunçu tapacağımızdan asılı olacaq".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər