"Bu, bir tərəfdən sevindirici olsa da, planlarımıza da təsirsiz ötüşmür" - Azər Bağırov

"Bu, bir tərəfdən sevindirici olsa da, planlarımıza da təsirsiz ötüşmür" - Azər Bağırov

Millinin oyunlarına görə çempionatda yaranan fasiləyə "Araz-Naxçıvan" üzərində 2:1-lik qələbə ilə yollanan "Şamaxı"nın hazırlıq planı müəyyənləşib.

Bu barədə Fanat.Az-a "aslanlar"ın baş məşqçisi Azər Bağırov məlumat verib. 

Təcrübəli çalışdırıcı təxminən üç həftəlik arada yoxlama görüşü keçirməyəcəklərini bildirib: 

"Heyətin 9 üzvü milli komandalara yollanır. Bu, bizim üçün bir tərəfdən sevindirici olsa da, digər tərəfdən planlarımıza da təsirsiz ötüşmür. Ayman Bualinin də zədəli olduğunu nəzərə alsaq, əsas heyətin 10 üzvünün yoxluğu planlı hazırlıq keçməyə maneçilik törədir.  Komandaya üç günlük istirahət verdik. Sentyabrın 24-dən bir araya gəlib adi qaydada məşqlərimizi davam etdirəcəyik. Ümid edirəm ki, millidəki futbolçularımız düşərgəyə sağlam və yaxşı əhval-ruhiyyədə dönəcəklər".

Xatırladaq ki, "Şamaxı" ilk 6 turda 9 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. Bölgə təmsilçisi 7-ci turda "Zirə" ilə qarşılaşacaq. Oyun 10 oktyabrda rəqib meydanında baş tutacaq.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər