"Beşiktaş" Sulşerlə bağlı yayılan məlumatları təsdiqlədi

"Beşiktaş" Sulşerlə bağlı yayılan məlumatları təsdiqlədi

Türkiyənin "Beşiktaş" klubu "Mançester Yunayted"in sabiq hücumçusu və baş məşqçisi Ule-Qunnar Sulşerlə danışıqlara başladığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "qara qartallar"ın rəsmi saytındakı bəyanat belədir:

"Şirkətimiz Ule-Qunnar Sulşeri əsas komandanın baş məşqçi vəzifəsinə təyin etmək üçün onunla danışıqlara başlayıb".

Daha öncə yerli mətbuat İstanbul nəhənginin 51 yaşlı norveçli mütəxəssis ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacağını bildirib.

Xatırladaq ki, 51 yaşlı mütəxəssis 2021-ci ilin noyabrında MY-nin baş məşqçi postunu tərk edəndən bəri işsizdir. O, daha öncə "Molde" və "Kardiff"in də "sükanı arxası"nda olub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər